Hesablamaq Izləmə

VEB-SAYTIN MƏXFİLİYİ HAQQINDA BİLDİRİŞ VƏ FƏRDİ MƏLUMATLARIN EMAL EDILMƏ SIYASƏTİ (bundan sonra məxfilik siyasəti)

Tarix: 07.11.2022

«CDEK-Global» ММС, VÖEN 7722327689, ƏDQN 1157746448463, 630007, Novosibirsk vilayəti, Novosibirsk şəhəri, Krivoşekovskaya küçəsi, ev № 15, korpus 1, mərtəbə 1, 2 (bundan sonra «CDEK», «biz») sizin fərdi məlumatlarınızın qorunması haqqında qayğınız hörmətlə yanaşır.

Bu məxfi̇li̇k haqqında bildiriş bizim https://cdek-az.com/ru veb saytımızda fərdi məlumatların Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq emal edilməsi və belə məlumatların CDEK-in qeydiyyatdan keçdiyi ölkəyə transsərhəd ötürülməsi haqqında məlumat verir. Əgər siz öz fərdi məlumatlarınızın emal edilməsinə razı deyilsinizsə və bu məxfi̇li̇k siyasəti ilə razı deyilsinizsə o zaman veb-saytdan istifadə etməkdən imtina etməlisiniz. Məxfilik haqqında bildiriş istifdə edilən domenlərdən, platformlardan və qurğulardan (məsələn stolüstü kompüterlərdən, mobil cihazlardan və s.) asılı olmayaraq tətbiq edilir. Bu məxfilik siyasəti CDEK-ə məxsus olmayan və onun nəzarətində olmayan şirkətlərin fəaliyyətinə aid olan, ictimaiyyətə açıq olan və ya açıqlanan informasiyaya, habelə CDEK-in istifdə etmədiyi və idarə etmədiyi şəxslərin hərəkətlərinə şamil edilmir.

Bu siyasət müstəsna olaraq aşağıda göstərilən informasiyaya tətbiq edilir:

• bu saytda topladığımız informasiya;

• sizinlə veb-sayt arasında elektron poçtda, mətn və digər elektron məlumatlarından topladığımız informasiya.

O, aşağıdakı qaydada toplanmış informasiyaya şamil edilmir:

• bizim avtonom rejimdə və ya başqa digər vasitələrin köməkliyi ilə, o cümlədən bizim və ya istənilən üçüncü şəxsin idarə etdiyi digər veb-saytda və ya əlavədə topladığımız informasiya və ya

• istənilən üçüncü şəxs tərəfindən, o cümlədən veb-sayt ilə əlaqəli olan və veb-saytda açiq olan və ya veb-saytda və ya veb-sayt vasitəsilə tövsiyyə edilən istənilən əlavə və ya kontent (o cümlədən reklam) vasitəsilə toplanmış informasiya.

Məlumtların toplanması

Biz, sizdən bizim veb-saytdan istifadə etdiyiniz zaman və ya mümkündürsə bizim işgüzar münasibətlərimizin gedişində aldığımız fərdi məlumatları emal edirik. Fərdi məlumatlar — fiziki şəxsin müəyyən edilməsi və müəyyən edilən fiziki şəxslə əlaqəli olan hər hansı bir informsiyadır. Şəxsi bilavasitə və ya dolayısı ilə müəyyən etmək mümkün olduqda o, müəyyən edilə bilən şəxs hesab olunur (məsələn, adı, poçt ünvanı, elektron poçt ünvanı, telefon nömrəsi). Heç bir halda CDEK xüsusi kateqoriyaya aid məlumatları, biometrik, genetik, ayrıca kateqoriyaya aid məlumatları toplamır.

Siz bizim veb-saytımızda formaları dolduran zaman fərdi məlumatlar toplanılır. Buna əlaqə formasının və ya sorğu formasının göndərilməsi zamanı təqdim edilən (elektron poçt, adı) və ya sizin sifarişiniz izlənilən zaman təqdim edilən informasiya daxildir. Bizim veb-saytla bağlı problem haqqında siz məlumat verikdə biz həmçinin sizdən informasiya soruşa bilərik.

Bizim saytdan xalis informasiya məqsədilə istifadə edildiyi halda, yəni siz qeydiyyatdan keçmirsinizsə və ya başqa qaydada bizə informasiya təqdim etmirsinizsə biz yalnız sizin brauzerinizin bizim serverə ötürdüyü şəxsi məlumatları toplayırıq. Siz bizim veb-saytımıza daxil olduqda biz aşağıda göstərilən, sizə bizim veb-saytımızın təqdim edilməsi və sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün tələb olunan giriş məlumtlarını toplayırıq:

Bundan başqa siz bizim veb-saytlarımıza daxil olduqda biz cookie faylları kimi avtomat vasitələr ilə müəyyən informasiya toplaya bilirik. Cookie faylları — bu adətən hərf və rəqəmlərdən ibarət olan kiçik mətn fayllarıdırlar, onlar müəyyən internet-səhifələrə daxil olduqda istifadəçinin kompüterində qalırlar.

Bu cookie fayllarından bəziləri bizim veb-saytın işi üçün tələb olunurlar, eyni zamanda digər cookie faylları bizim veb-saytımızı yaxşılaşdırmağa kömək edirlər, bizdə sizin veb-saytdan necə istifadə etdiyiniz barədə təsəvvür yaradırlar.

İlkin prametrlər üzrə biz yalnız tələb olunan cookie fayllarından istifdə edirik. Zəruri cookie faylları bizim veb-saytımızın əsas funksiyalarından istifadə etməyə imkan verirlər. Veb-sayt bu cookie faylları olmadan düzgün əks oluna bilməyəcəklər və ya ayrı-ayrı sahələr səhv işləyə bilərlər. Tələb olunan cookie fayllarının qarşısı yalnız sizin brauzerinizin müvafiq sazlamalarının köməkliyi ilə alına bilər.

Veb-saytın işi üçün tələb olunmayan cookie fayllarından ("vacib olmayan cookie faylları") yalnız siz cookie fayllarının olduğu bizim banner vasitəsilə razılıq verdikdə istifadə edirik. Bizim məxfilik haqqında informasiyamıza siz istənilən vaxt geri dönə bilərsiniz və öz razılığınızı geri götürə bilərsiniz və ya dəyişiklik edə bilərsiniz. Bundan başqa siz cookie fayllarının sizin brauzerin sazlamalarında ayrıca saxlanılmasını qadağan edə bilərsiniz (brauzerin arayış səhifəsi siz cookie fayllarının emalının sazlanma qaydası barədə məlumat verəcəkdir).

Məlumtların istifadə edilməsi

Biz topladığımız informasiyadan aşağıdakı məqsədlərlə istifadə edə bilərik:

• müştərilərə dəstək göstərmək, sizin sorğularınıza, sullarınıza və şərhlərinizə cavab vermək və onlarla bağlı sizinlə ünsiyyət qurmaq üçün;

• bizim biznesimizin dəstəklənməsi və inkişaf etdirilməsi (o cümlədən bizim kommunikasiyaların inzibatçılığı, yeni məhsulların və xidmətlərin hazırlanması, bizim satış və marketinq strategiyalarımızın səmərəliliyinin qiymətləndirilməsi, bizim məhsullarımızın, xidmətlərimizin, veb-saytların təhlil edilməsi və yaxşılaşdırılması, bizim veb-saytımızın və İT sistemimizin təhlükəsizliyinin təmin edilməsi); mühasibatlıq uçotunun, auditin aparılması və hesabların təqdim edilməsi; habelə müştərilər üçün bizim xidmətlərimizin keyfiyyətinin yaxşılaşdırılması və bunun qayğısına qalmaq);

• məlumatların təhlili;

• hüquq mübahisələri olduqda məhkəmə iddialarını həyata keçirmək və müdafiəni qurmaq;

• bizim siyasətə və tətbiq edilən qanunvericilik tələblərinə riayət etmək.

Bundan başqa biz cookie fayllarının köməkliyi ilə İnternetdə toplanmış informasiyadan istifadə edirik. Siz bizim veb-saytlardan istifadə etdikdə seansların təhlili informasiyasını bizim müştərilərin İnternetdə hərəkətlərini - baxış zamanı davranışları, kliklərin şablonları və sizin daxil olduğunuz səhifələri anlamaqda bizə köməklik edilməsi üçün toplayırıq. Bundan başqa biz veb-saytla, başqa marketinq kanalları və sosial şəbəkələr kimi digər üçüncü şəxslərlə sizin qarşılıqlı əlaqələrinizin əsasında biz müxtəlif marketinq tədbirləri həyata keçirə bilərik. Bu informasiya həmçinin sizin üçün ən yaxşı təcrübəni hazırlamaq üçün bizim təcrübəli mütəxəssislər qrupu üçün faydalıdır.

Fərdi məlumatların açıqlanması

Bi̇z bi̇zi̇m müqavi̇lə və hüquqi̇ öhdəli̇kləri̇mi̇zi̇n icra edilməsi üçün informasiyadan istifadə etmək imkanı olmalı olan CDEK-in bölmələri̇ i̇lə informasiyanı bölüşürük. Burada göstərilən hallar istisna edilməklə biz sizin şəxsi informasiyanızı satmırıq və vermirik.

Bundan başqa bizim cəlb etdiyimiz prosessorlar habelə yuxarıda göstərilən məqsədlər üçün məlumatlara giriş ala bilərlər. Bu İT xidmətləri, poliqrafiya xidmətləri, telekommunikasiyalar, satış və marketinq kateqoriyalarından olan şirkətlərdir. Əgər biz, bizim xidmətlərimizin təqdim edilməsi üçün prosessorlardan istifadə ediriksə, biz müvafiq hüquqi ehtiyat tədbirləri, habelə qüvvədə olan qanunvericiliyə uyğun olaraq fərdi məlumatların qorunması üçün müvafiq texniki və təşkilatı tədbirlər görəcəyik.

İstənilən üçüncü şəxslərin məlumatların verilməsi yalnız qanunvericilik tələblərinin çərçivəsində həyata keçiriləcəkdir. Sizin haqqınızda informasiya aşağıdakı hallarda açıqlana bilər (i) əgər bu qanun, qərar və ya məhkəmə prosesi üzrə tələb olunursa, (ii) dövlət və ya tənzimləyici orqanların sorğusuna cavab olaraq və ya (ııı) müqavilə məqsədlərilə və ya bizim bisnesimizin iqtisadi və səmərəli fəaliyyətində bizim qanuni maraqlarımıza əsasən (iv) qanunsuz fəaliyyətdə şübhə və faktı ilə bağlı araşdırılma ilə əlaqədar. Sizin haqqınızda aldığımız istənilən informasiyanı bizim bisnesimiz və ya aktivlərimiz tam və ya hissəvi satıldıqda (o cümlədən yenidən təşkil, buraxılma və ya ləğvetmə hallarında) vermək hüququnu özümüzdə saxlayırıq.

Sizin haqqınızdakı informasiyadan bizim hansı qaydada istifadə edəcəyimizin və açıqlayacağımızın variantları.

Veb-sayta daxil olmaqla və ya ondan istifadə etməklə siz müəyyən məqsədlər üçün, o cümlədən sizinlə əlaqə saxlamaq üçün (məsələn bizim əlaqə formamız və ya elektron poçtla sorğunun emal edilməsi, elektron poçtla göndərmələr və s. üçün) sizin şəxsi məlumatlarınızın emal ediməsinə siz bizə razılıq vermisiniz.

Razılıq istənilən vaxt geri götürülə bilər. Diqqət yetirin ki, razılığın geri götürülməsi yalnız gələcək emal edilmələrə aiddir. Beləliklə, geri götürülməyə qədər baş vermiş emal edilməyə toxunulmur. Razılığın geri götürülməsini yuxarıda göstərilən əlaqə məlumatları üzrə və ya m.lewin@cdek.ruünvanı üzrə və ya CDEK-in ünvanına yazılı sorğu göndərməklə icra edə bilərsiniz.

Qanunvericiliyin tətbiq edilməsinə uyğun olaraq bizim sizin haqqınızda topladığımız istənilən informasiyaya siz bizimlə m.lewin@cdek.ru elektron poçtu ilə əlaqə yaratmaqla və ya CDEK-in ünvanına yazılı sorğu vermək yolu ilə girişi sorğu verə bilərsiniz, yeniləyə bilərsiniz, düzəliş edə bilərsiniz və ya silə bilərsiniz.

Məlumtların ötürülməsi

Rusiya şirkəti kimi biz sizin haqqınızda olan məlumatları bilavasitə sizdən alırıq və məlumatları Rusiyada məlumatların emalı mərkəzimizdə emal edirik, sizin haqqınızda topladığımız şəxsi informasiya ilkin olaraq informasiyanın toplandığı ölkələrdən fərqli ölkələrə ötürülə bilər. Diqqət yetirin ki, bu ölkələrdə sizin ilkin olaraq informasiyanı təqdim etdiyiniz ölkədəki məlumaların qorunması haqqında qanunlar qüvvədə olmaya bilərlər.

Sizin şəxsi məlumatlarınız başqa ölkələrə verildikdə biz həmin informasiyanın bu məxfilik haqqında bildirişdə təsvir edildiyi qaydada qüvvədə olan qanunvericiliyə uyğun olaraq qorunması üçün bütün ağlabatan tədbirləri görəcəyik.

Məlumatların təhlükəsizliyi

Sizin şəxsi informasiyanızın təsadüfi itirilmədən, qanunsuz və ya icazəsiz məhv edilmədən, girişdən, istifadədən, dəyişiklik edilməsindən və ya açıqlanmasından qorunması üçün biz inzibati, texniki və digər tədbirləri görürük. Təəsüf ki, İnternet və ya məlumatların saxlanması sistemi vasitəsilə informasiyanın verilməsinin 100% təhlükəsizliyi təmin edilə bilməz.

Əgər bizimlə qarşılıqlı əlaqənizin daha təhlükəsiz olmaması barədə sizin əsaslarınız varsa siz m.lewin@cdek.ruünvanı ilə əlaqə saxlamaqla və ya CDEK-in ünvanına yazılı sorğu göndərməklə dərhal bu barədə bizə məlumat verin.

Məlumatların saxlanılması

Təhlükəsizlik mülahizələrinə əsasən (məsələn sui-istifadə və ya dələduzluq faktlarının aydınlaşdırılması üçün) jurnal faylının informasiyası 5 saatdan artıq saxlanılmır, sonra silinir. Sübutetmə məqsədləri üçün daha uzun müddətli saxlanması zəruri olan məlumatlar müvafiq hadisənin yekun aydınlaşdırılmasına qədər silinmədən azad edilirlər.

Sizin şəxsi məlumatlarınızı bizim işgüzar münasibətlərimizin bütün müddəti ərzində, o cümlədən əlaqə forması və ya elektron poçt üzrə müqavilənin bağlanması müddətində tələb olunduğu qədər biz emal edirik və saxlayırıq.

Bundan başqa bizə başqaları ilə yanaşı kommersiya hüququndan və vergi qanunvericiliyindən irəli gələn sənədlərin saxlanması üzrə müxtəlif öhdəliklər də şamil edilir. Rusiya Federasiyasında sənədəşmə və saxlama müddətləri bir qayda olaraq 5 il müəyyən edilmişdir. Nəhayət saxlama müddəti həmçinin Rusiya Federasiyasında adətən 3 il təşkil edən qanunla müəyyən edilən vaxt müddəti ilə uyğun şəkildə qiymətləndirilir.

Fərdi məlumatların silinməsi

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən sizin fərdi məlumatlarınız yazılı sorğu əsasında silinə bilərlər, fərdi məlumatların silinməsi üçün sorğunun göndərildiyi ünvanm.lewin@cdek.ru və ya CDEK ünvanına yazılı sorğu göndərilməsi yolu ilə silinə bilərlər.

Uşaqların məxfiliyi

Biz 16 yaşdan kiçik olan uşaqlara bizim Xidmətlərimizdən istifadə etməyə icazə vermirik. Əgər biz bilsək ki, 16 yaşdan kiçik olan uşaq bizim Xidmətlərimizdən istifadə etmişdir və biz belə uşaqdan şəxsi informasiyanı almışıq, o zaman biz belə informasiyanı ən tez bir zamanda siləcəyik. Əgər siz hesab edirinizsə ki, bizdə 16 yaşdan kiçik olan uşaqdan və ya onun haqqında hər hansı bir informasiya vardır, o zaman m.lewin@cdek.ru ünvanda və ya CDEK-in ünvanına yazılı sorğu göndərməklə bizimlə əlaqə saxlayın

Bu Məxfiliki siyasətində dəyişikliklər

Vaxtaşırı olaraq biz bizim Məxfilik Siyasətimizə dəyişikliklər edə bilərik. Biz istənilən dəyişikliklər haqqında sizə yeni Məxfilik siyasətini bu səhifədə dərc etməklə məlumatlandıracağıq. Bu səhifənin yuxarı hissəsindəki "Qüvvəyə minmə tarixi" bu Məxfilik haqqında ərizəyə sonuncu dəfə nə vaxt baxıldığını göstərir. Məxfilik haqqında bu Ərizənin yenidən baxılmış versiyasını biz bu veb-saytda dərc etdiyimiz zaman istənilən dəyişikliklər qüvvəyə minir. İstənilən dəyişikliklər barədə məlumatlı olmağınız üçün biz sizə dövrü olaraq bu Məxfilik siyasətini nəzərdən keçirməyi tövsiyyə edirik.

Bu Məxfilik siyasəti barədə sizin hər hansı bir sualınız varsa bizimlə əlaqə saxlayın, bizimlə m.lewin@cdek.ru ünvanı üzrə elektron poçtla əlaqə saxlaya bilərsiniz.

Elektron poçtla göndərilmiş fərdi informasiyanın təqdim ediməsi, belə informasiyanın silinməsi və ya emalına son qoyulması haqqında sorğular, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda gücləndirilmiş elektron imza ilə imzalanmalıdırlar.